ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Atamın solmayan xatirəsinə

Oxundu: 189

Sən də qismətindən qaça bilmədin,

Qəlbinin qəzəbi, nə kini oldu,

Özün qapımızı aça bilmədin,

Şəklin evimizin sakini oldu.


Sayı bilinməzdir töhfələrinin,

Torpaq atamızdır, sən torpaqdasan,

Rəngli yaddaşına nəvələrinin,

Rəngsiz şəkillərdən boylanmaqdasan.


Təqvimdən qopmayan vərəqdir o çağ,

Hər kəs zaman adlı pilləkəndədir,

Sənsiz ötən günlər közərən ocaq,

Dağılan xəyal tək pərakəndədir.


Dinin nurlu yolu, haqqın əlisən,

Gülər, gül arayar, sevilər səsin,

Özün yer üzünün dərd heykəlisən,

Taleyin qəlblərin qəm əfsanəsi.


Səsin ədalətin, haqqın səsiydi,

Yaxşılar köçəndə elin yasıdır,

Varlığın elə bil nur kündəsiydi,

Yoxluğun bir günəş tutulmasıdır.


Həyat yolumuzu sarmış duman, çən,

Vida tez səslənmiş dodaqlarında,

Dünyadan tək kəfən aparmadın sən,

Getdi bərəkət də ayaqlarında.


Kimin nə haqqı var, ruhundan küsə,

Yadigar nə varsa, qoyduğun izdir,

Həyatın nə qədər hay-küylüydüsə,

Məzarın o qədər səs-səmirsizdir.


Atın tərki deyil dünyanın tərki,

Salır yəhərindən heç yeriməmiş,

Sən elə möhtəşəm bir zirvəsən ki,

Başından bir ovuc qar əriməmiş.


O əcəl - ömrünü bitirən ki var,

Sanki yanılmışdır, həyəcanlıdır,

Sənin o solmayan xatirən ki var,

Bizim ömrümüzdən daha canlıdır.


Ruhunla bir növraq, təmtəraq qur ki,

Ağa bağışlasın yerini qara,

Bu gün ad günündür, əsas odur ki,

Doğula bilmisən öləndən sonra.




 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Dekabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov