ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Özümə məktub

Oxundu: 207

Qəmli dillənməsin qəlbinin neyi,

Dünyaya yenidən baxmalısan sən,

Duman tək dağlara çökməli deyil,

İlğım tək düzlərdən qalxmalısan sən.


Söz ilə duyğunun qarışığında

Bilməyən də bilsin, nəçisən, nəsən,

Günəş zühur edir göz işığında,

Sənsə könüllərin şəfəqindəsən.


Haçan susuzluqdan yandısa zəmin,
 Tanrı buludları göylərə çəkdi,

Sözünü qəlblərə əksin qələmin,

Nə vaxtsa dillərdə göyərəcəkdir.


Aldın ululardan zəmanəti sən,

Atdığın addımlar qoy qəti olsun,

Özün bir Allahın əmanətisən,

Sözün milyonların sərvəti olsun.


Qəlblərin zinəti, gövhəri olan

Kəlamlar fövqündə duranda səni,

Şeirdən-sənətdən xəbəri olan

Korlar da tanıyar bir anda səni.


O hansı çiçəkdir, payızda solmur,

Kim deyir, boynunu burmağa gəldin,

Yaşın zirvəsində dayanmaq olmur,

Sözün zirvəsində durmağa gəldin.


Hər fikrin nazını ürəyinlə çək,

Silinməz qələmin buraxdığı iz,

Nə vaxt ki, el səni əzizləyəcək,

Onda olacaqsan Mirdamət Əziz.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov