| Bənzəyir körpə Turaca Sevil, Uçur ki, qonsun Ağaca Sevil. 
 Zülmət sökülür, Şəfəq tökülür, Seyr edib gülür Doyunca Sevil. 
 Məmləkət, ölkə Görməyib bəlkə: Ən qısa kölgə Ən uca Sevil. 
 Layla, bayatı Ağzının dadı, Gülsün həyatı Boyunca Sevil. 
 Söz olub qəlpə Dəyəndə qəlbə Dönür hər dəfə Əlaca Sevil. 
 Nənənin adı Ömür baratı, Sirri-xudadı Balaca Sevil. 
 Şirindir dili, Güldürə bilir Böyük Sevili, Balaca Sevil. 
 |