ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Daşınmaz əmlak

Oxundu: 75

Ay ata, ay ana, nurunuz söndü,

Heç dözə bilmədik həsrətinizə,

Ölüm kağızınız orderə döndü,

Haqdan bağışlandı son mənzil sizə.


Yüz yolun içindən düz yolu seçdik,

Açıldı qarşıda çöl varaq-varaq,

Gəlib qəbristanın yanından keçdik,

Sizin ruhunuzu salamlayaraq.


Baxıb uca-uca mərtəbənizə,

Yetişib haqladıq qocalığı da,

Kor olmuş bəxtimiz qorxuram bizə

Çox görə bir çiyin ucalığı da.


Yuxuya möhtacdır gör neçə diri,

Uyuyan ölüdür indiki vaxtda,

Dünyanın yeganə salamat yeri

Qəbristan çölüdür indiki vaxtda.


Qəbristan bu kəndin özündən böyük,

Xiyaban paklardan ən pakımızdır,

Sizin məzarınız bizim ən böyük,

Ən ağır daşınmaz əmlakımızdır.




 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Noyabr 2024    »
    PtSaÇaPrCuCtPz
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov