ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Fatimə (Nəvəmə)

Oxundu: 179

Gəlişinlə min arzu,

Murad gətirdin mənə,

Özün boyda bir noğul,

Nabat gətirdin mənə.


Bəxtimizə tuş gəldin,

Evimizə xoş gəldin,

Demə əliboş gəldin,

Həyat gətirdin mənə.


Qoyma xəyala dalım,

Sən oyna, mən əl çalım,

Pozulmuşdu əhvalım,

Ovqat gətirdin mənə.


Məna var hər sözündə,

Ayağının izində,

Sən günəşi gözündə

Sovqat gətirdin mənə.


Boylanıb aram-aram,

Qəlbimi eylədin ram,

Sevincimdən uçuram,

Qanad gətirdin mənə.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov