ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

PUL

Oxundu: 83

Arif olan xam xəyala qapılmaz.

Qeybə çəkər əyri gözdən tiri pul,

Bir fürsətdi, itirilsə tapılmaz,

Bir quşdu ki, uçsa, dönməz geri pul.


Ötən günlər əfsanəydi, əfsanə,

Fərq qoyulmur nə yaxşıya, yamana,

Dövran dönüb, dəyişibdi zəmanə,

Tülkülərə ram eyləyir şiri pul.


Güdazına getmək olar bir anın,

İnsafı yox, mürvəti yox dövranın,

Şəfasıyla mat qoyubdu loğmanı,

Ölünü də dirildəndi diri pul.


Cingildəmir niyə daşlar, kəsəklər,

Qızıl, qızıl olduğuyçun səs eylər,

Vallah, bizə qəpik-quruş bəs eylər,

İstəyənə qismət olsun iri pul.


Aşımızın yağlığıymış sən demə,

Canımızın sağlığıymış sən demə,

Üzümüzün ağlığıymış sən demə,

Niyə dedik: "əlimizin kiri pul".


Mirdamətin doğru sözü kəm olmaz,

Haqq evində sevinc olar, qəm olmaz,

Üç şey var ki, hər adamda cəm olmaz,

Biri ağıl, biri qeyrət, biri pul.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Noyabr 2024    »
    PtSaÇaPrCuCtPz
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov