ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Şövkəti

Oxundu: 166


Könül sərvətindən dəyərli nə var,

Kim duydu, özünə çıxdı Şövkəti,

Sədası şirindir beçə balından,

Hərə öz qəlbinə yığdı Şövkəti.


Vətənə can dedi, can adlandırdı,

Damar alışdırdı, qan odlandırdı,

Sevinc fəzalara qanadlandırdı,

Kədər məngənədə sıxdı Şövkəti.


Fərdə bax, dərdə bax, qəribə işdi,

İntizar odunda ürəyi bişdi,

Ərinin ölümü səndirlətmişdi,

Qızının ölümü yıxdı Şövkəti.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov