ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

GÖZLƏMƏ ZALI

Oxundu: 208

Görüş dikəldəndə ayrılıq yıxdı,

Hava tək dəyişdi insanın halı,

Ömür həm görüşdü, həm ayrılıqdı,

Ömür yolu üstə gözləmə zalı.


Biri hey sevinir, varlığı əsir,

Başqası intizar odunda bişir,

Vüsal nöqtəsiylə, həsrət nöqtəsi

Gözləmə zalında üst-üstə düşür.


Yollar yönələndə gedər-gəlməzə,

Gözləmə zalına dönmüşdü evlər,

Hələ boylanan var hər gələn səsə,

Hələ qayıtmayıb gör neçə əsgər.


Qoruya bilməsək bu həyatı biz,

Anasız körpə tək kövrələr dünya,

Gələnsiz, gedənsiz, yol gözləyənsiz

Gözləmə zalına çevrilər dünya.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Yanvar 2026    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov