ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Mənim arzularım

Oxundu: 190

Sübh şehi ulduz tək qondu çiynimə,

Çiskinli havadan canım nəm çəkdi,

Gedim pencəyimi geyim əynimə,

Soyuq dəyməsə də, göz dəyəcəkdir.


Dağların xəyalı dərindən dərin,

Bulud az qalır ki günəşi uda,

Sevincdən çiçəyi çırtlayır yerin,

Amma qaçmır göyün dodaqları da.


Quşlar salamlayır gələn baharı,

Yaz qışın izini torpaqdan silir,

Yayılır bənövşə pıçıltıları,

Torpağın dilindən ətir səpilir.


Bu gözəl bu gecə yuxuma girsə,

Bəxtimin günəşi nur saçmalıdır,

İydə ağacları çiçəkləyirsə,

Mənim arzularım gül açmalıdır.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov