Ünvanımız yadımızdan çıxsa da, Adımızı unutmayaq biz təki, Hansınıza "bacı" dedim, itirdim, Birinizə deməmişəm yaxşı ki. Müəllif Hara gedirdiniz, qızlar, a qızlar, Yolunuz yuxumdan keçdi bu gecə, Siz gəlib yuxuma girməsəydiniz, Elə deyərdim ki, heçdi bu gecə.
Yenə gizli-gizli süzdünüz məni, Güldünüz, bilmədim səbəbi nədi, Ayrılıq şaxtası elə vurdu ki, Həsrətdən burnumun ucu göynədi.
Görəsən, həyatda bəxtəvərdimi, Bir vaxtlar bəxtindən nigaran qızlar, Görəsən, sevilib-seçildilərmi O masa küncündə oturan qızlar?
Qəlbimin xəlvəti bir guşəsində Mənim yuxu adlı əmanətim var, Yolunuz yuxumdan keçdi bu gecə, Yuxum yolunuza çıxdımı, qızlar? |