ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Bakının küləyi mən ağıldadır

Oxundu: 143

Həzin nəğməsini hər yana yayır,

Bakının küləyi mən ağıldadır,

Gah vurub dağıdır, gah sığallayır,

Bakının küləyi mən ağıldadır.


Hər incə məqama, mətləbə varır,

Nərəsi gecənin bağrını yarır,

Qovur küçələrdən tullantıları,

Bakının küləyi mən ağıldadır.


Dəyişir minillik mənzərələri,

Çırpır qapıları, pəncərələri,

Dağıdır, uçurur bənd-bərələri,

Bakının küləyi mən ağıldadır.


Açır yaxaları, ətəkləri də,

Sancır gözəlləri, göyçəkləri də,

Öpür tikanları, çiçəkləri də,

Bakının küləyi mən ağıldadır.


Yaxşı adamlara səs verib keçir,

Yaman adamlara dərs verib keçir,

Çoxunun dərsini tərs verib keçir,

Bakının küləyi mən ağıldadır.


Tellərə toxunub dindirir tarı,

Nə gündüz uyuyur, nə gecəyarı,

Faş edir  ev yıxan pıçıltıları,

Bakının küləyi mən ağıldadır.


Mərddir, yad yellərə hey sinə gərir,

Təravət gətirir əsintiləri,

Durub seyr edirəm bayaqdan bəri,

Bakının küləyi mən ağıldadır.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov