ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

YAXŞI BİLİRƏM

Oxundu: 219

Göz ürəyin aynası, ürəkləri gəz, dolan,

Hər qəlbin öz döngəsi, öz dalanı var axı,

Mənim başqadır peşəm, mən münəccim deyiləm,

Amma yaxşı bilirəm, hansı göz hardan baxır.


Dilə gələn hər sözün öz siması, adı var,

Söz də insan kimidir, doğulur, ölür, bəli,

Mənim başqadır peşəm, söz ustası deyiləm,

Amma yaxşı bilirəm, hansı söz hardan gəlir.


Dünyaya göz açandan səslər aləmindəyik,

Səs var səmadan enir, səs var divardan qopur,

Mənim başqadır peşəm, mən bəstəkar deyiləm,

Amma yaxşı bilirəm, hansı səs hardan qopur.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Dekabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov