ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Uşaq səsi gəlir

Oxundu: 192

Hər ilahi möcüzədən,

Sirdən uşaq səsi gəlir,

Qığıltını duyursanmı,

Pirdən uşaq səsi gəlir.


Səthində üsyan görünür,

Dibində tufan görünür,

Dalğasında qan görünür,

Kürdən uşaq səsi gəlir.


Ömrü şərəf sananlardan,

Məşəl kimi yananlardan,

Dünya görmüş insanlardan

Hərdən uşaq səsi gəlir.


Qayalardan sürüşəndə,

Qəzəbindən yer eşəndə,

Pəncəsi gücdən düşəndə

Şirdən uşaq səsi gəlir.


Əziz, küləklər sevinir,

Güllər-çiçəklər sevinir,

Göydə mələklər sevinir,

Yerdən uşaq səsi gəlir.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov