ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Adamıyam

Oxundu: 189

Çıxmışam seyrinə el-obamızın,

Qəlblər dolaşıram, yol adamıyam,

Hər yerindən duran tanıya bilməz,

Məni eldən soruş, el adamıyam.


Yazdır, ilhamıma qol-qanad gəlir,

Ləziz duyğulardan sözə dad gəlir,

Barıt da, mərmi də mənə yad gəlir,

Çiçək əsiriyəm, gül adamıyam.


Göydə mələkləri izləmə nahaq,

Mənanı söz altda gizləmə nahaq,

Məndən hamar axın gözləmə nahaq,

Daşqın dəlisiyəm, sel adamıyam.


Haramla arama çəpər çəkirəm,

Güllə keçirməyən sipər çəkirəm,

Torpaq da bilir ki, nələr çəkirəm,

Torpaq da görür ki, bel adamıyam.


Yüksələn yollarda qatlanarmı diz,

Ölərəm, qəlblərdə buraxmasam iz,

Dağlarda laləyəm, düzlərdə nərgiz,

Külək həsrətlisi, yel adamıyam.


Mirdamət, haqqı yaz, haqq olanı yaz,

Qələm yandıranı alov yandırmaz,

Hər hava könlümü havalandırmaz,

Təzanə vurğunu, tel adamıyam.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov