ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Söz çələngi

Oxundu: 151

Demirəm, dahiyəm, mütəfəkkirəm,

Xəzan yarpağıdır yolumda kədər,

Yeməyin dadını duya bilmirəm,

Sözün ləzzətini duyduğum qədər.


Bir yandan açılır, bir yandan solur,

Quruyan yenidən göyərəcəkmi,

Sözün də butası, qönçəsi olur,

Budaqda tumurcuq olduğu kimi.


Darıxdım, gülşənə yar gəlsin barı,

Qələm həsrətini təzə-tər çəkir,

Gülün şirəsini bal arıları

Sözün şərbətini şairlər çəkir.


Dağa hər dırmanan zirvəyə yetmir,

Kəlamlar göyərir dodaqlarımdan,

Güllərin qoxusu burnumdan getmir,

Sözlərin qoxusu qulaqlarımdan.


Yetsin ürəklərə qəlbimin səsi,

Yeri də, göyü də alqışlayıram,

Məni sevənlərə bir gül dəstəsi,

Bir də söz çələngi bağışlayıram.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov