ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

BİZ YEYƏN XORUZUN YERİ GÖYNƏYİR

Oxundu: 165

Elə qarışıb ki, dünyanın işi,

Qorxaq da özünü qoçaq sanıbdı,

Üzün qara olsun a toyuq kişi,

Arvadın nə yaman xoruzlanıbdı.


Özüm istəmədim ona "kəs" deyim,

Danışdıqca dərdi-səri göründü,

Sözünün içində bizə kəsdiyin,

Çəpər xoruzunun yeri göründü.


O axşam süfrəyə gəlməyəydi kaş,

Sənin çörəyin də, sənin duzun da,

Toyuqlar, deyəsən, yekəlib, qardaş,

Yeri böyüyübdür o xoruzun da.


Dilini farağat qoymadı bir an, 

Arvadın aləmi yandırdı, yaxdı,

Keçmirdi hindəki bir xoruzundan,

Ağzından nə qədər xoruz buraxdı?!


Düşünmə dediyi xətrimə dəyir,

Çöl hakim olanda iç yada düşmür,

Biz yeyən xoruzun yeri göynəyir,

Çaqqal aparanlar heç yada düşmür.


Pas atmış qılınc tək öz qınındasan,

Bir sümük, bir də ki, dəri görünən,

Sən ki, arvadının lap yanındasan,

Bəs onda o nədi- yeri görünən?!



 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov