ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

ÖLƏNLƏRİN QƏBRİ ÜSTƏ ZƏNG ÇALIN

Oxundu: 87

Sumqayıtda məktəblərinin birinin

buraxılış sinfində son zəngə

bir həftə qalmış insan tələfatında

səbəb olan faciə baş vermişdir.

                           Qəzetlərdən.


Məktəb basmış məzunları bağrına,

İkinci dərs... bir imtahan... bir qorxu,

Zəng vuranın gələrdimi ağlına,

Beş məzunun son zəngidir vurduğu?!


Sinfə sinif rəhbərinin gəlməsi,

Təsadüfmü, zərurətmi, görəsən,

Dodaqlarda donub "salam" kəlməsi,

Bu xəyalmı, həqiqətmi, görəsən?


Bu nə ömür, bu nə gündü yaşadıq,

Solan qönçə arzulardı, arzular,

Bu nə yükdür, çiynimizdə daşıdıq,

Mələməmiş quzulardı, quzular.


Cənazələr axır bu yaz günündə,

Gah çəkilir izdiham, gah qabarır,

Müəllim gedir şagirdlərin önündə -

Bu dünyadan o dünyaya aparır.


Gecələrlə yuxusunu qovanlar,

Eh, nə deyim özümü də söz tutur,

Ali məktəb arzulayan cavanlar

Qəbristanın qapısına üz tutur.


Yerlər-göylər burda qara bağlayır,

Zalım fələk yaman töküb hirsini,

Sumqayıtda ağı deyib ağlıyır,

Yarı şəhid, yarı əlil bir sinif.


Sağ qalanlar, bu şəhərə səs salın,

Sevinc olur, qəm dönəndə tərsinə,

Ölənlərin qəbri üstə zəng çalın,

Oyandılar bəlkə zəngin səsinə.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Noyabr 2024    »
    PtSaÇaPrCuCtPz
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov