ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

GÜLSÜM KASIB QIZIYDI...

Oxundu: 152

Gülsüm kasıb qonşumuzun qızıydı,

Unutmuşdu sevinməyin dadını,

Gözü qara, saçı uzun qızıydı,

Neçə yerdən çəkmişdilər adını.


Qızlar təzə don geyəndə əyninə,

Dərd Gülsümün ürəyini yeyərdi,

Gəlib minnət qoyardılar boynuna,

Qonşuların nimdaşını geyərdi.


Yaz gəlmişdi, Gülsümgilin bağında

Məxmər otlar dönmüşdülər xalçaya,

Ağacların çiçəklənən çağında

Gülsüm belə söyləmişdi alçaya:


-Tanrı səni çıxarıbdı xoş günə,

Ağdonlu qız çağrılırsan eldə sən,

Vallah, həsəd aparıram hüsnünə,

Libasını dəyişdikcə ildə sən...


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov