ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Sevinə-sevinə öləcəyəm mən.

Oxundu 270

Zülmün pəncəsindən qurtulmaq üçün

Ölümü qənimət biləcəyəm mən,

Dünyada ilk insan olacağam ki,

Əcəlin üzünə güləcəyəm mən.

 

 

Bizləri

Oxundu 187

Haqsızlıqdan bezmisənmi,

Dincəl görüncə bizləri,

Qəm yeriyib üstümüzə

Sıxıbdır küncə bizləri.

 

 

Dünya

Oxundu 198

Babalardan dərsmi alıb

Oldun belə mətin, dünya,

O kişilər ağuşuna

Dönər bir də çətin, dünya.

 

 

Qoyunların kökü kəsilməkdədir

Oxundu 215

Harın hardan bilsin ac qalmaq nədir,

Başı gicəllənir dövlətdən-vardan,

Bütün yeyilənlər tükənməkdədir,

Yalnız yeyənlərdir ürüyüb artan.

 

 

Ayaqlarım ağrıyır

Oxundu 206

Hərdən mürgüləyirəm,

Ayaq üstə yatıram,

Sayıqlığı itirib

Yanlış addım atıram,

Ayaqlarım ağrıyır.

 

 

Evə gəlincə

Oxundu 198

Sonasan, hüsnündə su gözəlliyi,

Beləmi olurmuş qu gözəlliyi,

Nə əcəb buraxdı bu gözəlliyi,

Gözüm tökülmədi evə gəlincə.

 

 

İncitməsin

Oxundu 209

Pak saxlasın qəlb evimi,

Kəniz məni incitməsin,

Damla-damla qurudaram,

Dəniz məni incitməsin.

 

 

Diri ölməzmi

Oxundu 191

Dirəşib durmuşuq, varlığım əsir,

Mən xəstə yanına, o, yasa gedir,

Mən də tələsirəm, o da tələsir,

Bilmirik, kim kimə yol verməlidir.

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Dekabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov