Dirəşib durmuşuq, varlığım əsir, Mən xəstə yanına, o, yasa gedir, Mən də tələsirəm, o da tələsir, Bilmirik, kim kimə yol verməlidir.
Düşünsək, əsəblər bunca gərilməz, Sevinci bölənlər qəmi bölməzmi, O bir gün yubansa, ölü dirilməz, Mən bir an geciksəm, diri ölməzmi?! |