ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Evə gəlincə

Oxundu: 184

Nazlana-nazlana keçdin yanımdan,

Heç üzüm gülmədi evə gəlincə,

Günəşdin könlümün asimanında,

Devirdin zülməti evə gəlincə.


Bu incə məqamı Tanrımı seçdi,

Sənsiz hər nə varsa, əbəsdi, heçdi,

Elə bil yanımdan ilk bahar keçdi,

Ətrin çəkilmədi evə gəlincə.


Məni görər-görməz halın dəyişdi,

Döndün zəlzələyə, balın dəyişdi,

Yanımdan keçəndə yolun dəyişdi,

Nə çəkdim, bilmədin, evə gəlincə.


Sonasan, hüsnündə su gözəlliyi,

Beləmi olurmuş qu gözəlliyi,

Nə əcəb buraxdı bu gözəlliyi,

Gözüm tökülmədi evə gəlincə.


Ayrılıq şığıdı, geri çəkildim,

Qınaqdan çəkinib gözümü sildim,

Yaxşı ki, ay gözəl, yeriyə bildim,

Dizim bükülmədi evə gəlincə.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov