ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Ayaqlarım ağrıyır

Oxundu: 187

Hərdən mürgüləyirəm,

Ayaq üstə yatıram,

Sayıqlığı itirib

Yanlış addım atıram,

Ayaqlarım ağrıyır.


Bəzən yağış suyu tək,

Hər çuxura axıram,

Bir yerdə qərar tutan

Ağaclara baxıram,

Ayaqlarım ağrıyır.


Kimlər keçib bu yerdən,

Eşidib mat qalıram,

Yollar dərdini deyir,

Ürəyimə salıram,

Ayaqlarım ağrıyır.


Tüstü başdan çıxırmış,

Ürək oda yananda,

Nadanların önündə

Farağat dayananda

Ayaqlarım ağrıyır.


Ötən çağlar qayıtmır,

Tapmaq olmur itəni,

Səyahətə çıxıram

Qarabağsız Vətəni,

Ayaqlarım ağrıyır,

Ayaqlarım ağrıyır.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov