ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

ƏSGƏR NƏĞMƏSİ.

Oxundu: 135

Atıldım qoynuna imtahanların,

Əsgər şinelimi gəlmişəm geyəm,

Anamı-bacımı qoruyanların,

Ana-bacısının keşiyindəyəm.


Gül açıb yurdumun bağçası, bağı,

Düşmüşəm baharın gül qucağına,

Elə genişdir ki, vətən torpağı,

Bir qarış yer yoxdur yad ayağına.


Yolum uğurludur,-bilirəm bunu!

Ellər amalımı alqışlayıbdır,

Mehdi tüfəngini, Babək qolunu,

Koroğlu atını bağışlayıbdır.


Anacan! Dilimdən düşməyir adın,

Öz balan sarıdan arxayın ol sən,

Mən əsgər gedəndə evdə yatırdın,

İndi lap eyvanda yata bilərsən.




 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov