ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

HƏR EVDƏN BİR CIĞIR DIRMAŞIR DAĞA

Oxundu: 209

Qış gəlir, kənd-kəsək qərq olur qara,

Titrəyir böyük də, əsir uşaq da,

Kimin geyinməyə paltarı yoxsa,

Onu öz əyninə geyinir şaxta.


Arana, yaylağa, bağçaya, bağa,

Göy üzü un kimi ələyir qarı,

Hər evdən bir çığır dırmaşır dağa,

Soyuq bizi kəsir, biz ağacları.


Səslənir mişarla baltanın himni,

Ehtiyac meşəni ağzına alır,

Ağaclar yıxılır heykəllər kimi,

Yerində postament kötüklər qalır.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Dekabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov