ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Baqidən faniyə köç edəcəyəm

Oxundu: 179

Haqsızlar əlindən bezən ürəyim

Hər zülmə qatlaşır ömür yolunda,

Elə taqqıldayır bəzən ürəyim,

Elə bil qatardır dəmir yolunda.


Şübhələr doğrayan, ümidlər qıran

Ayım da, günüm də para görünür,

Dünən şöləsiylə göz qamaşdıran

Gündüzüm gecəmdən qara görünür.


Bir göz qırpımında çıxır aradan,

Mələklər uzaqdan izləyir bizi,

İşıqlı dünyanı qurub yaradan

Qaranlıq dünyada gözləyir bizi.


Acın çəkdiyini heç duyarmı tox,

Bu da yaranışın belə halıdır,

Adəm övladları doğulanda yox,

Öləndə Tanrıya qovuşmalıdır.


Çoxu tək çox şeyə etmədim meyl,

Ərzin hər şeyini heç edəcəyəm,

Öləndə fanidən baqiyə deyil,

Baqidən faniyə köç edəcəyəm.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Dekabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov