ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Ömrümdən gedir

Oxundu: 70

Qulağım tutulur xışıltısından,

Tökülən yarpaqlar ömrümdən gedir,

Çökür taleyimin sarayı  hər an,

Sarsılan dayaqlar ömrümdən gedir.


Düşüncəm korşalır, söz-sözü görmür,

Düz səhvi qınamır,  səhv düzü görmür,

Daha bu yollarda göz-gözü görmür,

Qaralan çıraqlar ömrümdən gedir.


Yaşayıb görürəm anidir dünya,

Insafsız, mürvətsiz canidir dünya,

Puçdur, mənasızdır, fanidir dünya,

Boşalan papaqlar ömrümdən gedir.


Bezirəm iztirab gətirən hissdən,

Bükülən ayaqdan, qatlanan dizdən,

Yığılır izlərim yoldan-irizdən,

Aranlar, yaylaqlar ömrümdən gedir.


Namərd balta çalır, kürəyim yanır,

Qolum heydən düşür, biləyim yanır,

Dodağım çatlayır, ürəyim yanır,

Çeşmələr, bulaqlar ömrümdən gedir.


Başını qaldırıb gözümə baxmır,

Sönən alovuma, közümə baxmır,

Saxlaya bilmirəm, sözümə baxmır,

Yaxınlar, uzaqlar ömrümdən gedir.


Kimi dikəltdimsə, qəddimi əydi,

Qeydinə qaldığım xətrimə dəydi,

Açılan ağızlar şərəfiməydi,

Büzülən dodaqlar ömrümdən gedir.


Qönçə arzularım həyata gəlir,

Həyəcan yarada-yarada gəlir,

Toplanır, savablar imdada gəlir,

Çıxılır, günahlar ömrümdən gedir.


Dözsəm də qəlbimin dərd-sərinə mən,

Vədəsiz saralan güllərinə mən,

Boylana bilmirəm dan yerinə mən,

Açılan sabahlar ömrümdən gedir.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Noyabr 2024    »
    PtSaÇaPrCuCtPz
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov