Səmtini hər gün dəyişən Yellər zamandan gəlmədir, Cəhənnəm kafir yığnağı, Cənnət imandan gəlmədir.
Ayrılsan eldən, obadan, Qəlb evin olmaz abadan, Şəxsiyyət ata-babadan, Kütlə meydandan gəlmədir.
Səksənib çəkdiyin ahdan, Bülbüllər uçdu budaqdan, Mirdamət, ölüm Allahdan, Zülm şeytandan gəlmədir. |