ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

ŞƏHİD AĞISI

Oxundu: 160

Üzümdə Tanrının nuru,

Ulu sabahdan gəlmişəm,

Canım odlana-odlana,

Keçib min ahdan gəlmişəm.


Yığıb köksümə hiddəti,

Qəmi, qüssəni, minnəti,

Qisasdan ötrü möhləti

Alıb Allahdan gəlmişəm.


Üzümdə sorğuya baxma,

Sinəmdə sarğıya baxma,

Qanrılıb arxaya baxma,

Mən ki, qabaqdan gəlmişəm.


Yetişib intiqam anı,

Ömrün nöqtədən o yanı,

Dirilmiş şəhidəm tanı,

Qalxıb torpaqdan gəlmişəm.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov