ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Adamları

Oxundu: 202

Bizi dik saxlayan kişi sözüymüş,

Əyir müqavilə, şərt adamları,

Həyat ağacının budaqlarında

Saraldır heyva tək dərd adamları.


Sakit üfüqlərdir ömrün dan yeri,

Zirvələr “gəl” deyir, çəkilmə geri,

Bəzən şeş yerinə həyat yek verir,

Bunu yaxşı bilir nərd adamları.


Deyək xoşməramlı söz, sevindirək,

Qoyaq həyatında iz sevindirək,

Axı nəkarəyik biz sevindirək,

Haqq özü güldürsün pərt adamları.


Həqiqət qəlblərdə gümana bənzər,

Durulan irmaqlar zamana bənzər,

Mülayim kimsələr dumana bənzər,

Qayadan seçmirəm sərt adamları.


Əziz,  bal damaydı şirin dilindən,

Ətir səpiləydi hər əməlindən,

Tanrı güc verəydi, namərd əlindən

Qurtara biləydin mərd adamları.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Yanvar 2026    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov