ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

ÖLƏNLƏR ÖMÜRLÜK DİDƏRGİNDİRLƏR

Oxundu: 76

Od vuran gərəkdir, alışam, yanam,

Yaramın qaysağı qan verir bu gün,

Ömrünü sarayda keçirən anam,

Qaçqın çadırında can verir bu gün.


Ana, yastığındı - ümidə söykən,

Qəlbi qəm odunda bişənlərdənik,

Biz hələ özləri yurd yerindəykən,

Taleyi didərgin düşənlərdənik.


Çəksək də qəhrini ötən günlərin,

O güllər, çiçəklər bizi qınadı,

Vətən, azalırsa didərginlərin,

Hələ ölənlərin hesabınadır.


Birdə görürük ki, amansız ölüm,

Yuyub ruhumuzu, sərib səmaya,

Zülmdü, İlahi, qəriblik - zülm,

Adamın qəbri də qəribsənməyə.


Dərdin cənazəsi, qəlibi olmur,

Dərdimiz torpağa gömülməyibdi,

Yaxşı ki, ölünün qəribi olmur,

Yaxşı ki, o dünya bölünməyibdi.


Yox, yox, qürurumuz qoymarıq sına,

Ümidlər ağappaq göyərçindilər,

Qalanlar dönəcək yurd-yuvasına,

Ölənlər ömürlük didərgindilər.



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Noyabr 2024    »
    PtSaÇaPrCuCtPz
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov