ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

QARA GÜNÜN BÜLBÜLÜ

Oxundu: 138

Heç bilmirəm, əzizim,

Bu yas kimin yasıdır,

Mənim "amin" dediyim

Məhəbbət duasıdır.


Bu yasa qara saçın,

Qara gözün yaraşır,

Sən bir kədər heykəli,

Sənə hüzn yaraşır.


Başına qara yalıq

Bağlayanda gözəlsən,

Sevinmək sənə yaddır,

Ağlayanda gözəlsən.


Artıq şeydir soruşmaq:

"Sən mərhumun nəyisən?"

Yeddisinin ulduzu,

Qırxının çiçəyisən.


Nə yaxşı dil deyirsən,

Qara günün bülbülü,

Ən bəxtəvər ölüdür

Ağladığın bu ölü.


Heç bilmirəm, əzizim,

Bu yas kimin yasıdır,

Mənim "amin" dediyim

Məhəbbət duasıdır.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov