ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

İNDİ ÜRƏKLƏRİN DAŞ DÖVRÜNDƏYIK

Oxundu: 175

Yeriyir üstünə dərd yığın-yığın,

Adamı məzar tək udur qayğılar,

Adı bədnam olmuş qəbristanlığın

Çölündə içindən artıq ölü var.


Əlimiz göylərə açılan əldi,

Gözümüz min ildir göylərə baxır,

Göydən alma düşdü, sonra daş gəldi,

İndi də torpağa başdaşı yağır.


Heç kəsdə o ovqat, o əhval durmur,

Ömür ki, dopdolu zəhirmar camı-

Adamın qolundan tutub qaldırmır,

Tabutundan tutub qaldırır hamı.


Fərqi yox, yolumuz dərəmi, dikmi,

İçiboş oyuğuq- duyğusuz, hissiz,

Layla çalınanda sevinirikmi,

Yasin oxunanda kədərlənək biz?!


Babamız dostluğu amal seçibdir,

Təklənə-təklənə gör nə gündəyik,

Tarixin daş dövrü çoxdan keçibdir,

İndi ürəklərin daş dövründəyik.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov