Haqqın danışan diliyəm, Axıra saxlayıb məni, Gözəgörünməz tellərlə Özünə bağlayıb məni.
Hər gündə bir hala çəkib, Huşumu xəyala çəkib, Sevinclə sığala çəkib, Kədərlə dağlayıb məni.
Dua oxuya-oxuya, Dalıb bir həzin duyğuya, Getsəm əbədi yuxuya, Oyatma, ağlayıb məni.
|