ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Darıxmışam

Oxundu: 267

Kəndə gəlmək istəyirəm,

Yollar, yaman darıxmışam,

Saçım sığala möhtacdır,

Yellər, yaman darıxmışam.


Misra-misra sətirlənəm,

Hörmətlənəm, xətirlənəm,

Gündə yüz yol ətirlənəm,

Güllər, yaman darıxmışam.


Ayrılıq bir hava çalıb,

Ürəyimi oda salıb,

Sazım köynəyində qalıb,

Tellər, yaman darıxmışam.


Zərsizdir zərgər haçandır,

Yox qəlbimə yer haçandır,

Coşmur təbim gör haçandır,

Sellər, yaman darıxmışam.


Kökümdən üzdürüb məni,

Sərgərdan gəzdirib məni,

Tənhalıq bezdirib məni,

Ellər, yaman darıxmışam.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    May 2026    »
    PtSaÇaPrCuCtPz
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov