ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

BU ŞƏHİD QANLARI TÖKÜLMƏLİYDİ.

Oxundu: 145

Ayıra bilmirdi yazla qışını,

Qatı düşməniylə can sirdaşını,

Millət itirmişdi qan yaddaşını,

Bu şəhid qanları tökülməliydi.


Sürtülmüş üzlərə sürtməkdən ötrü,

Sığallı sözlərə sürtməkdən ötrü,

Kor olmuş gözlərə sürtməkdən ötrü

Bu şəhid qanları tökülməliydi.


Şəhidlər bu yurdu bağrına basdı,

Adını torpağa qanıyla yazdı,

Yağı ləpirini su aparmazdı,

Bu şəhid qanları tökülməliydi.


İgidlər atları minən çağıydı,

Qeyrətin-namusun dinən çağıydı,

Torpağın vətənə dönən çağıydı-

Bu şəhid qanları tökülməliydi.



 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov