ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Ağ atın nurunda

Oxundu: 128


Gəzirdim elləri dost sorağında,

Neçə qəhrəmanlar yadıma düşdü,

Gördüm ağ atları yol qırağında,

Ağ atlı oğlanlar yadıma düşdü.


Yenə ağ atlardır, hüsnü mübarək,

Yurdun incisi də, yurdun zəri də,

Günəş dan yerinə yetişənədək

Ağ atlar ağardır üfüqləri də.


Qoyar gözlərində muradlarını,

Alar qisasımı yadellilərdən,

Odlar diyarının ağ atlarını

Bəyaz şimşəklərə bənzədirəm mən.


Çıxar çiyinlərdən qoşa qanadlar,

Uçar vətənimin ər balaları,

Bir az da səbrini bassa ağ atlar,

Görə biləcəklər Nərbalaları.


Haqq özü açacaq düyünləri də,

Qisas qiyamətə qalmaz, bu haqdır-

Anam Qarabağa ağ günləri də,

Ağ atlı oğlanlar qaytaracaqdır.


Xalqım haqqın kölgəsinə sığınıb,

Acı tarix deyil, şirin çağdır o,

Qır atın belində aradığını,

Ağ atın nurunda tapacaqdır o!




 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Noyabr 2024    »
    PtSaÇaPrCuCtPz
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov