ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Sən vəzifə başındasan

Oxundu: 169

Bir istiqlal baharının

Təravəti ürəyində,

Qədim Odlar diyarının

Hər gülündə, çiçəyində,

Kotanında, xışındasan,

Sən vəzifə başındasan.


Bir sarsılmaz dövlət qurdun,

Şöhrətini ərzə yayan,

Qarabağda, ana yurdun

Gecə-gündüz qan ağlayan

Torpağında, daşındasan,

Sən vəzifə başındasan.


Zülmətləri yarıb keçən

Şimşəklərin çaxışında,

Zirvələri məskən seçən

Qartalların baxışında,

Qayaların qaşındasan,

Sən vəzifə başındasan.


Baxma, qəlbin yaralıdır,

Möhkəm dayan cığırında,

Saçın ağlı-qaralıdır,

Dərdsizin çal-çağırında,

Dərdlinin göz yaşındasan,

Sən vəzifə başındasan.


Səngiməyir xoş avazın,

Alovlara bürünürsən,

Bir tarixdir alın yazın,

Bəzən cavan görünürsən,

Bəzən Qorqud yaşındasan,

Sən vəzifə başındasan.


Gətir yurda səadəti,

Daha yadlar öyünməsin,

Ucalt haqqı-ədaləti,

Bəyənməyən bəyənməsin,

Milyonların xoşundasan,

Sən vəzifə başındasan.


Tez yuxudan oyanarasan,

Şeh düşəndə yarpaq üstə,

Hara baxsam, orda varsan,

Ərbab kimi torpaq üstə,

Əsgər kimi qoşundasan,

Sən vəzifə başındasan.


Yol salarsan xeyrə-şərə,

Payın var el qübarında,

İzin düşər talelərə,

Vüsalın ilk baharında,

Hicranın son qışındasan,

Sən vəzifə başındasan.


Döyüşlərə dönür yenə,

Şəfa tapan yaralı da,

Alqış deyir ellər sənə,

Tənəzzüldən aralıda,

Tərəqqinin tuşundasan,

Sən vəzifə başındasan,

Sən vəzifə başındasan.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov