ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Yovşan - şəhidlərin ağrı-acısı

Oxundu: 176

Güllərə qərq olur bağçası, bağı,

Zirvəsi ağarır, sübhi-sabahdır,

Gör nə müqəddəsdir vətən torpağı,

Hər şəhid məzarı bir səcdəgahdır.


Ələnib zamanın kirkirəsində,

Qəlblərə dağ çəkib, dağ yanıb bir vaxt,

Ilk çinar ağacı yer kürəsində

İlk şəhid qəbrindən boylanıb bir vaxt.


Sevincdir dünyada qəmin bacısı,

Qazanc da itkinin bir nübarıdır,

Yovşan şəhidlərin ağrı-acısı,

Açılan çiçəklər arzularıdır.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov