ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Vətən

Oxundu: 171

Susdurmuşuq düşməni,

Qüdrətimizsən, Vətən,

Kimsə tapdaya bilməz,

Qeyrətimizsən, Vətən.


Haqq yolumuz uzandı,

Düz qoruduq düz andı,

Səninlə ad qazandıq,

Şöhrətimizsən,Vətən.


Dərd çəkilib çən kimi,

Səmadan da ənginink,

Çoxlarından zənginik,

Sərvətimizsən, Vətən.


Demə, gülümüz solmur,

Demə, gözümüz dolmur,

Sənsiz yaşamaq olmur,

Şəfqətimizsən, Vətən.


Millətin xoş anısan,

Ürəyisən, canısan,

Haqqın ərməğanısan,

Cənnətimizsən, Vətən.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov