ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

OVQATDAN GƏRƏK TƏB DƏRİM

Oxundu: 135

Yoxluğun qəlbimi dəlib

Göz aşdı xalınca, ana,

Tikanlar üstə gəzirəm,

Ayağı yalınca, ana.


Bu yağış düzlərinkidi,

Damlası gözlərinkidi,

Möhtacam dizlərin kimi

Bir ipək balınca, ana.


Hanı qələmim, dəftərim,

Ovqatdan gərək təb dərim,

Üstümə gələn dərdlərim

Əl atır qılınca, ana.


Bu şeri yazım, yazmayım,

Sinəmdən asım, asmayım.

Yoluma çıx ki, azmayım,

Gəlirəm dalınca, ana.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov