| Sevincə şərik çıxar, Qəmi bölər səməni, Təbiəti dirildər, Özü ölər səməni.            Müəllif 
 Vaxtsız xəzanı duyunca Saralan çəmən, gül – anam, Yanaqdan şeh tək süzülən Göz yaşın əmən gül – anam. 
 Bağımın gülü varıydı, Xarı bülbülü varıydı, Örpəyi, tülü varıydı, Necoldu həmən gül – anam?! 
 Kim deyir, hədər yaşadı, Gözündə kədər yaşadı, Səməni qədər yaşadı Adı tək - Səməngül anam. 
 |