ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

ÖMRÜM UZANDIQCA DİLİM QISALIR

Oxundu: 170

Fikirdən-xəyaldan gəlirəm cana,

Alanda əlimə əmək haqqımı,

Geyinmək bir yana, gəzmək bir yana,

O ki heç ödəmir yemək haqqımı.


Rəqabət aparır cib ilə ürək,

Burulub heç yana axa bilmirəm,

Qazanda ət bişmir, təndirdə çörək,

İtin də üzünə baxa bilmirəm.


Bilmirəm, getdiyim səkimi, yolmu,

Ümid aparıram, qəm gətirirəm,

Çörək almaq olmur, un almaq olmur,

Evə saçlarımda dən gətirirəm.


Mən niyə qınayım evdəkiləri,

Ömrüm uzandıqca dilim qısalır,

Amansız ehtiyac illərdən bəri

Əlimi cibimdən didərgin salıb.


Çəkənlər bilir ki, kef-damaq deyil,

Vallah, addımbaşı sarsılmaqdı bu,

Sürünə-sürünə yaşamaq deyil,

Oynaya-oynaya asılmaqdı bu...


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov