Arxada bir yol var, qarşıda iki, Ah, nədən dözmədi əsəblərimiz, Üz-üzə gələrək görüşmüşdük ki, Söz-sözə gələrək aralanaq biz?!
Kaş ki, qayıdaydı gülün qönçəsi, Yenidən sevməyim ağlıma batmır, Elə zəifləyib könlümün səsi, Ulduzlara çatır, qızlara çatmır.
Ağlaram hicrindən hey için-için, Mənə o saçları yosun gərəkdir, Əlimin əlinə yetməsi üçün Qolum ekvatordan uzun gərəkdir.
|