ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Mən sənin arxanca gəlirəm, ata

Oxundu: 331
Könlündə min duyğu bəslərdin hər gün,
Qeybdən gələrdi sanki səsin də,
Məni kamilliyə səslərdin hər gün,
Qalmışam cahillər əhatəsində.

Sən əzab-əziyyət çəksən də bol-bol,
Alnını qırışan görməzdik bizlər,
Deyərdin, ay oğul, ədalətli ol,
Axı at oynadır ədalətsizlər.

Bircə dəfə yalan satmışdım sənə,
Yeri belimdədir o qamçıların,
Doğru danışmağı öyrətdin mənə,
Səsi göydən gəlir yalançıların.

Ömrümə zəriflik nəqş eləyərək,
Mənə gözəlliyi göstərdin hər gün,
Quzu təbiəti bəxş eləyərək,
Buraxdın içinə qurd sürüsünün.

Oğul, haqqa tapın, dərdə sığın da,
Mən bu kəlmələri mayak sayardım,
Həyat yollarının qaranlığında
Dərdin işığına addımlayardım.

Yaz boyu yağışa, qış boyu qara
Məhəl qoymayaraq, yaşa dolardım,
Sinə gərməsəydim fırtınalara,
Mən çinar olmazdım, söyüd olardım.

Qıra bilməsə də, dərd məni əyir,
Qəbrini səcdəgah bilirəm, ata,
Mən sənin yolunla irəliləyir,
Mən sənin arxanca gəlirəm, ata.

Sənə qəlb dolusu ehtiramım var,
Heyf, çıxammaram borcundan daha,
Mənim aləmimdə yaxşı adamlar
Yerdə sənə bənzər, göydə Allaha.
Новость отредактировал admin - 13-01-2021, 20:47



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Dekabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov