ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Bir damla göz yaşı parçalar məni

Oxundu: 143

Haqq yenə mərhəmət göstərəydi kaş,

Yer ilə, göy ilə sirdaş olaydım,

Sağ ikən bu yurda layiq vətəndaş,

Öləndə qaraca bir daş olaydım.


Öləndə qaraca daş olsa bədən,

Sanaram taleyim bar-bəhərlidir,

Elə qara daşlar görmüşəm ki mən,

Qızıldan, gümüşdən çox dəyərlidir.


Axirət əbədi, ömür-gün qısa,

Düşünən-daşınan daşa dönəydim,

Özümdən yuxarı boylanmaqdansa,

Özümdən aşağı diyirlənəydim.


Təbəssüm qonaydı dodaqlarına,

Tanrının üzünə baxa biləydim,

Qəflətən toxunub ayaqlarına,

Gündə bir nadanı yıxa biləydim.


Tanrı istəməz ki, zəhmətim itsin,

Hərdən daş bəxtimi öyərsə, bəsdir,

Nə bitir, torpağın köksündə bitsin,

Bağrımdan bir mamır göyərsə, bəsdir.


Yadlar boğazıma ilan da salar,

Dostum, dediyimi deyəcəyəm mən,

Alçaqlar arxanca qolazlasalar,

Gəlib topuğuna dəyəcəyəm mən.


Sevin bu şeirimi əzbərləyəndə,

Mən ki istəmərəm dərd səni əysin,

Qönçə arzuların daşa dəyəndə

Mənim kimisinə, arzula, dəysin.


Min zaval görsəm də bu yıxhayıxda,

Sildim ürəyimdən qəzəbi, kini,

Dönüb başdaşına bir məzarlıqda,

Yaşatdım bir insan xatirəsini.


Göy üzü Allahın, yer üzü sizin,

Kim deyir, Tanrının üzünə ağam,

Məni göy üzünə atan dinsizin

Dönüb təpəsinə çırpılacağam.


Şehdə yuyunaram, təmizlənərəm,

Süzər gizli-gizli məni çöl-çəmən,

Tanrı tərəfindən əzizlənərəm,

Şeytan üzərinə şığıyanda mən.


Özüləm, dayağam yer kürəsində,

Sına bərkliyimi, gör də, tanı da,

Mənə yer tapılsa bünövrəsində,

Saxlaram çiynimdə asimanı da.


Axirət qəm səpər qəribliyimə

Olub-keçənləri salaram yada,

Güllər də mat qalar zərifliyimə,

Belə daş olaram daş olanda da.


Yaxın gəl, əzizim, gendə dayanma,

Min rəngə boyayar fırçalar məni,

Yağışa-yağmura dözərəm, amma

Bir damla göz yaşı parçalar məni.





 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Aprel 2025    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov