ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Ağlama

Oxundu: 134

Gözlərdən yayınıb yox olacağam,

Yerimi göstərən əlsən, ağlama,

Ağlat avazınla doğmanı, yadı,

Könül sazımdakı telsən, ağlama.


Qəmin poladını əritmək olmur,

Sözü uşaq kimi yeritmək olmur,

İxtiyar kəsləri kiritmək olmur,

Gözümün yaşını silsən, ağlama.


Olsam lap pələng də, şir də, ölərəm,

Dərd adlı möhtəşəm sirdə ölərəm,

Ağlasan, məzarda bir də ölərəm,

Elə şad olaram, gülsən, ağlama.


Ömür buzlağımdır, hər günü buzum,

Qaralıb günəşim, axıb ulduzum,

Səni sağlığımda ağlatdım, quzum,

Bir gün öldüyümü bilsən, ağlama.


Bağrına infarktdan çala salmışam,

Ömrünü neçə il dala salmışam,

Evimdən ağladıb yola salmışam,

Qəbrimin üstünə gəlsən, ağlama.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov