ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Bulaq

Oxundu: 212

Könül məlhəmidir dupduru suyun,

Seçilmir gözümün yaşından, bulaq,

Almamış olaram halallığını,

Əyilib öpməsəm daşından, bulaq.


Durub hüzurunda nazlanan zaman,

Gözəllər seçilməz su sonasından,

Səni ayırmayıb öz anasından,

Kimlər əmibdirsə döşündən, bulaq.


Eşqlə silələnib dolmusan deyə,

Dərin xəyallara dalmısan deyə,

Əzəldən xeyirxah olmusan deyə

Çəkilmir ayaqlar başından, bulaq.


Nə yerə sığasan, nə də göyə sən,

Sevən könüllərə nəğmə deyəsən,

Nəbadə suyunu əsirgəyəsən

Çölün heyvanından, quşundan, bulaq.


Oylağın yaranıb qonaq saxlasın,

Mirdamət hüsnünü pənah saxlasın,

Səni haqq qorusun, Allah saxlasın

Ömrün tənha keçən qışından, bulaq.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov