ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Şəkər dadacaq

Oxundu: 144

Yükləndi çiynimə bir yeni qəm də,

Bu səhər qanımda şəkər tapıldı,

Mənim böyüklükdə, mənim görkəmdə

Şəkər mərəzinə nökər tapıldı.


Qəlbimdə parlayan şəfəqlər söndü,

Yenə boğazıma tıxandı qəhər,

Dolanıb qanımda şəkərə döndü

Ömür yollarında udduğum zəhər.


Bəxtə yazılanı silgi də silmir,

Könlüm səksəkədə, canım qorxuda,

Məni az yatmaqda suçlayan bilmir,

Ziyandı şəkərə şirin yuxu da.


Kimə ərz eyləyim bu dərdi, dağı,

Sözümü ariflər anlayar ancaq:

Şairin həyatda məmur olmağı

Bilirdim, nə vaxtsa şəkər dadacaq.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov