Haqq yenə mərhəmət göstərəydi kaş,
Yer ilə, göy ilə sirdaş olaydım,
Sağ ikən bu yurda layiq vətəndaş,
Öləndə qaraca bir daş olaydım.
Şöhrət fişəngində şanın nur saçıb,
Lütf edib, suçuna bir baxarmısan,
Sevdiyin gözələ telefon açıb,
Adsız yüksəklikdə ad çıxarmısan.
Daha xəlbirimdir göydə fırlanan,
Çoxdan ələnibdir ələyim mənim,
Yarımçıq qalıbdır qu nəğmələrim,
Düşübdür əlimdən lələyim mənim.
Uçmaq arzusuyla çox qanad gərdim,
Yorulub çul düşdüm günbatan vaxtı,
Gözüm yumulanda bir yuxu gördüm,
Gözüm açılanda çin olacaqdı.
Arxamca atılan qarmağı qıran,
Tamah kəndirini kəsən balığam,
Adətimdi üzmək axına qarşı,
Köksünü şırnaqlar əzən balığam.