ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Balığam

Oxundu: 202

Arxamca atılan qarmağı qıran,

Tamah kəndirini kəsən balığam,

Adətimdi üzmək axına qarşı,

Köksünü şırnaqlar əzən balığam.


Tayım yox, dalğalar yormaqda mənim,

Burnumla buz sədlər qırmaqda mənim,

Dərya da mənimdir, qarmaq da mənim,

Bəzən balıqçıyam, bəzən balığam.


Sahildən boylanan səhərlərim var,

Dibsiz dəryalarım, nəhrlərim var,

Dünyaca sirlərim, sehrlərim var,

Sorağı dillərdə gəzən balığam.


Hərdən üzməyimdə ehtiyat olur,

Mamırlar, yosunlar mənə yad olur,

Suya baş vururam, ümman şad olur,

Quruda qalanda dözən balığam.


Yolları uçurum, lağım tutacaq,

Dağsız ürəkləri dağım tutacaq,

Məni tutanları ahım tutacaq,

Nahaq həmlələrdən bezən balığam.


Mənim Göygölüm yox, Xəzərim yoxdur,

Ya Kürə, Araza güzarım yoxdur,

Başqa balıqlara bənzərim yoxdur,

Dəryanı gözündən süzən balığam,

Süzüb də qoynunda üzən balığam.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov